Nyu-Yorkda yaşayan 17 yaşlı sosial şəbəkə fenomeni Bianka Devins izləyicisi tərəfindən dəhşətli şəkildə öldürülüb. Onlar sevgili olduğu iddia edilib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qatil sevgilisini öldürdükdən sonra onun cansız bədəninin fotosunu sosial şəbəkədə paylaşıb. Polisə bir nəfərin intihar etmək üçün cəhd etdiyi xəbəri verilib.

Hadisə yerinə gəldikdə isə polislər sevgilisini öldürən və bıçaqla bədəninə cızıqlar atan adamla qarşılaşdılar. Polislər qatili inithar etmək fikrindən danşındıra biliblər. Oğlanın sevgilisinin cansız bədəninin fotosunu sosial şəbəkədə paylaşdığı da polisə məlum olub. Gənc fenomenin öldürülməsi isə izləyicilərini çox üzüb.