Türkiyədə saxta spirtli içkidən zəhərlənmə faktları qeydə alınıb.

Unikal.org xəbər verir ki, hadisə Mersin, Niğde və Adana şəhərlərində baş verib.  Belə ki, son 20 gündə 14 nəfər saxta spirtli içki səbəbilə dünyasını dəyişib.

Zəhərlənməyə görə, 3 nəfər Adana Çukurova Universiteti Tibb Fakültəsinin Balcalı Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi vəfat edib, biri isə bir gözünü itirib. Adana şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılan daha 2 nəfər də eyni aqibəti yaşayıb.

Mersin şəhərində son 15 gündə spirtli içkidən zəhərlənmə şikayətilə 31 nəfər xəstəxanaya müraciət edib. Onlardan 8-i ölüb.