Türkiyənin Adana şəhərində girdiyi mağazanın sahibini bıçaqla təhdid edərək 350 TL-ni oğurlayan şəxs saxlanılıb. Hadisə anı təhlükəsizlik kamerası vasitəsilə lentə alınıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Mağaza sahibi ilk öncə pulları vermək istəməsə də, cinayətkar şəxs bıçaq çıxardıb. Bu zaman o kassadan kənara çəkilib. Oğru həm qəpik pulları, həm də kağız pulları oğurlayaraq oradan qaçıb.  

Mağaza sahibi oğru getdikdən sonra polisə xəbər verib. Polis hadisə yerində kamera görüntülərini izlədikdən sonra cinayətkarın 32 yaşlı narkotik istifadəçisi olduğu müəyyən edib və saxlanılıb.