"Qarabağ"ımız haitili futbolçu Donald Geryeylə yolları ayırıb.

Unikal.org klubun "facebook"dakı rəsmi saına istinadən xəbər verir ki, Gerye klubumuzla razılaşdırılmış tarixdə düşərgəmizə qoşulmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yolları ayırmaq qərarı verilmişdir.

Məsələ ilə bağlı klubun direktoru Emrah Çelikel Unikal.org-a açıqlamasında futbolçunun müqavilə müddətinin bitdiyini deyib: 

"Geryenin bizimlə müqavilə müddəti başa çatıb. Biz də onunla yenidən müqavilə bağlamaq istəmədik və yollarımızı ayırdıq".

Qeyd edək ki, Gerye 2017-ci il iyulun 6-da Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qarabağ" klubu ilə iki illik müqavilə imzalayıb.