Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Basqal kəndi ərazisində qeydə alınıb. 

"VAZ 2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobilinin toqquşub. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər - 1988-ci il təvəllüdlü Əminə Hacıyava, 1987-ci il təvəllüdlü Ceyhun Məmmədov, 1989-cu il təvəllüdlü Nərgiz Bilanova və adı hələ ki, məlum olmayan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.