İngiltərədə 21 yaşlı Maria Çiara adlı gənc qadın, özünə ad günü hədiyyəsi olaraq burun estetiği etdirmək qərarına gəlib.

Unikal.org xarici mətnuata istinadən xəbər verir ki, o əməliyyat üçün İtaliyayay üz tutub. Bıçaq altına yatan talehsiz qadının əməliyyat əsnasında ürəyi dayanıb. Gənc qadın sonradan reanimasiya şöbəsinə aparılıb. Həkimlərin müdaxiləsindən sonra onun ürəyi yenidən döyünməyə başlayıb. Ancaq bu dəfə onun beynində problem yaranıb. Bütün müdaxilələrə baxmayaraq bir neçə gün sonra o həyatını itirib. 

Marianın əməliyyat əsnasında halının pisləşməsinə nəyin səbəb səbəb olduğu tam olaraq bilinmir. Ancaq əməliyyat zamanı ona verilən oksigenin kəsildiyi və həkimlərin bunu sonradan fərq etdiyi təxmin edilir.