"Arsenal"ın türk əsilli Almaniyalı oyunçusu oyuncusu Məsut Özilin yeni saç modeli hər kəsin diqqətini çəkib. 

Unika.orgTürkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçunun sarı rəngə boyadığı saçları ilə zarafat ediblər. 

Mesutun komanda yoldaşı Pierre-Emerik Aubameyanq da zarafatından qalmayıb. O  M.Özilin fotosunu Megan Rapinoenin yan-yana qoyaraq "İndi necə Dünya Kubokunu qazandıqlarını bilirəm" deyə zarafat edib. 

Qeyd edək ki, Megan Rapinoe FIFA Qadınlar Dünya Kubokunda çempion olub. O ABŞ Milli Komandasının kapitanı və qolçusudur.