Bakıda yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev prospektində (Bağırov körpüsünün yanı) yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən hadisənin baş verdiyi ərazidə hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.