21 Oktyabr 2019
Ermənilər Göygöldə traktora atəş açdı - RƏSMİ
Ermənilər Göygöldə traktora atəş açdı -RƏSMİ HADİSƏ 19:33 2019-07-17

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Unikal.org xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

“Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - Nazirliyin məlumatında bildirilib