Dəhşətli hadisə ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Kocaeli vilayətinin Gebze qəsəbəsində avtobusa minən 18 yaşlı Günay Gönülaçar avtobus hərəkətdəykən özünü avtomobildən yerə atıb.

Avtobusun altında qalan qızı dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı sürücü saxlanılıb. O, məhkəmənin qərarı ilə həbs olunub.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.