24 Avqust 2019
23 Avqust 2019
“Qarabağ” növbəti mərhələdə
“Qarabağ” növbəti mərhələdə İDMAN 22:58 2019-07-17

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Unikal.org xəbər verir ki, bu, I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyunundan sonra rəsmiləşib.

Bir həftə əvvəl Albaniyada keçirilən ilk qarşılaşmada qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri “Dalğa Arena”da baş tutan bugünkü görüşdə mütləq qalib gəlməli idi. Çempionumuz bu vəzifənin öhdəsindən gəlib. 

Düzdür, “Qarabağ” rəqibin müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. Ağdamlılar  yalnız ikinci hissədə istəyinə çata bilib. 

Filip Ozobiçin hissənin əvvəlində vurduğu top qonaqların müqavimətini qırıb. Oyunun sonunda isə Dani Kintana ikinci qolu vurub. Bu iki top həm görüşün, həm də cütün taleyinə aydınlıq gətirib. 2:0 hesablı qələbə “Qarabağ”ı növbəti mərhələyə daşıyıb. Burada isə komandamızın rəqibi hazırda davam edən “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) oyununun güclüsü olacaq. 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də baş tutacaq.