Bakıda döyülmə hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Suraxanı rayonu Köhnə Günəşli, "Zeytun" küçəsində qeydə alınıb.

47 yaşlı Hüseynova Kifayət Baxşəli qızı qudası tərəfindən döyülüb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.