20 Avqust 2019
19 Avqust 2019
Azərbaycanın sığorta bazarı 9% kiçilib
Azərbaycanın sığorta bazarı 9% kiçilib İQTİSADİYYAT 12:50 2019-07-18

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 361,337 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% azdır.

Altı ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 119,102 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 0,2% azdır.

2019-cu ilin yanvar-iyun aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 30,1 manat olub.