20 Avqust 2019
19 Avqust 2019
Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul etdi - FOTO
Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul etdi- FOTO CƏMİYYƏT 14:20 2019-07-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov İmişlidə Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Unikal.org xəbər verir ki, qəbulda 19 sakin iştirak edib. 

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan müra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


  • Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul etdi- FOTO
  • Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul etdi- FOTO
  • Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul etdi- FOTO