06 Dekabr 2019
Neymar üçün danışıqlar başlanır
Neymar üçün  danışıqlar başlanır İDMAN 14:28 2019-07-18

Uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən və PSJ-dən ayrılmaq istədiyini bildirən Neymarla bağlı sürpiriz iddia ortaya çıxıb.

Unikal.org İtaliya məbuatına istinadən xəbər verir ki, “Yuventus” braziliyalı hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib. “Qoca sinyora”nın idman direktoru Fabio Paratisinin futbolçunun atası ilə İtaliyada görüşəcəyi və hücumçunun şərtlərini öyrənəcəyi bildirilir. Bu görüşdən sonra Turin təmsilçisinin rəsmi olaraq PSJ ilə danışıqlara başlayacağı gözlənilir.

Paris təmsilçisi, 27 yaşlı futbolçunun transfer qiymətini 300 milyon avro olaraq müəyyənləşdirib.