20 Avqust 2019
19 Avqust 2019
Bakı-İstanbul sərnişin avtobusunda yanğın - FOTO
Bakı-İstanbul sərnişin avtobusunda yanğın- FOTO HADİSƏ 14:43 2019-07-18

Hacıqabul rayonunda Türkiyənin "Alpar" turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.

Fakt araşdırılır.


  • Bakı-İstanbul sərnişin avtobusunda yanğın- FOTO
  • Bakı-İstanbul sərnişin avtobusunda yanğın- FOTO