Türkiyədə dəhşətli qəza baş verib. Van-Özalp yolunda içərisində miqrantların olduğu mikroavtobus yol kənarındakı maneəyə çırpılaraq dərəyə aşıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada 15 nəfər dünyasını dəyişib, 27 nəfər isə yaralanıb.

Məlumata görə qəza bu gün günorta saatlarında baş verib. Adı açıqlanmayan sürücü idarəetməni itirib və mikroavtobus dərədən aşıb. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb.  

Polislər hadisə yerində araşdırma apardıqdan sonra miqrantların meyitlərini morqa aparıblar. Ölənlərin kimlikləri araşdırılır.