24 Avqust 2019
23 Avqust 2019
Mal-qara oğruları saxlanıldı - Cəlilabadda
Mal-qara oğruları saxlanıldı -Cəlilabadda HADİSƏ 20:14 2019-07-18

Cəlilabad rayonunda mal-qara oğruları saxlanılıb.

Unikal.org xəbər verir ki, saxlanılan şəxslər rayonun Sabirabad kəndində Valeh Babayevə məxsus 8 baş camışı oğurlayıblar.

Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini İsaxan Sadiqov və Cəlilabad rayon sakinləri - Taleh Fərzəliyev və Səbuhi Abbasov saxlanılıb.

Məlumata görə, onlar oğurladıqları heyvanları Mahmudçalada yerləşən fermaya toplayıb, sonra Bakıdakı ət kombinatlarına göndərirmişlər.

Faktla bağlı araşdırma aparılır.