25 Avqust 2019
24 Avqust 2019
“Neftçi” rəqibini darmadağın edib, mərhələ adladı
“Neftçi” rəqibini darmadağın edib, mərhələ adladı İDMAN 23:02 2019-07-18

"Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki,  paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub. Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar", evdə daha böyük hesablı qələbəyə seviniblər - 6:0.

"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.