Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü rayon sakini Nağı Məmmədov mübahisə zəminində tanışı tərəfindən ağac parçası ilə döyülüb.

O, başından aldığı xəsarətlərlə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.