Sosial şəbəkələrdə "Torqovı" kimi tanınan paytaxtın Səbail rayonu Nizami küçəsində gecə saatlarında jurnalist xanımın polis tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb.

Unikal.org xəbər verir ki, iddiaya görə ötən gün polis əməkdaşları gecə saatlarında şəhərin mərkəzində hərəkət edən qadını fahişəliklə məşğul olduğunu düşünərək saxlayıb. Onlar qadından gecənin bu saatlarında niyə burada gəzdiyini və onu polis bölməsinə aparacaqları ilə hədələyib. Qadın jurnalist olduğunu və gəzmək üçün şəhərə çıxdığını bildirib. Bundan sonra o sərbəst buraxılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, məlumat idarədə araşdırılıb: "Ərazidə xidmət aparan əməkdaşlardan soruşulub. Sözügedən ərazidə bu günlərdə özünü jurnalist kimi təqdim edən qadına rast gəlinməyib. Hər dəfə tövsiyə edirik ki, məlumatı əldə edər, onu hazırlayarkən dəqiqləşdirilmə aparılsın. Əməl olunmadıqa qeyri-ciddilik yaranır."

Famil Fərhadoğlu