Tovuzda 56 yaşlı kişini arı vurub öldürüb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Mahir Ələkbərov adına orta məktəbin tarix müəllimi 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***10:32

Unikal.org xəbər verir ki, Ə.Rüstəmov öz evinin damını təmir edərkən orada onu arı sancıb. Müvazinətini itirən müəllim yerə yıxılıb və bu zamanı başı daşa dəyib. Tarix müəllimi olan Ələsgər Rüstəmov hadisə nəticəsində vəfat edib.