24 Avqust 2019
23 Avqust 2019
Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu – FOTOLAR
Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLAR HADİSƏ 11:17 2019-07-19

Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Onlardan birinin cəsədi tapııb. Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Digər gəncin axtarışları davam etdirilir. 


  • Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLAR
  • Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLAR
  • Pirşağıda 8 dost dənizə girdi, iki nəfər boğuldu– FOTOLAR