ABŞ-ın vitse-prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədlə İraqın edam edilən keçmiş lideri Səddam Hüseyni səhv salıb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, Barak Obama administrasiyasının Suriyanın gələcəyi haqda siyasəti ilə bağlı suala cavabında o, Əsədi Səddam adlandırıb.
"Biz eyni zamanda beynəlxalq aləmlə Səddamın postunu tərk etməsi və hakimiyyətdən məhrum edilməsi ilə bağlı işləyirik", - Bayden deyib.