Əfqanıstanda terror aktı törədilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtdakı şəhərindəki  Kabil Universitetində baş verib. Hadisə sözü gedən universitetdə tələbələrin imtahana girmək üçün toplaşdığı vaxtda baş verib

Bombanın partlaması nəticəsində 20 nəfər dünaysını dəyişib, 40 nəfərin isə yaralı olduğu bildirilir.

Ölən və yaralananların əksəriyyətinin tələbə olduğu bildirilir.