25 Avqust 2019
24 Avqust 2019
UEFA "Fənərbaxça"nı cəzalandırdı
UEFA "Fənərbaxça"nı cəzalandırdı İDMAN 22:20 2019-07-19

UEFA "Fənərbaxça"ya müxtəlif sanksiyalar tətbiq edib.

Unikal.org xəbər verir ki, buna səbəb klubun maliyyə feyr-pley qaydalarını pozmasıdır. 

"Fənərbaxça"nın UEFA-dan əldə edəcəyi gəlirin 2 milyon avrosunun kəsiləcəyi bildirilib. Əgər klub yaranmış borclarını bu il oktyabrın 15-ə kimi ödəyərsə, cərimə 1 milyon avroya düşəcək. 

İstanbul təmsilçisi, həmçinin transfer balansını qorumayacağı təqdirdə, 2020/2021 və 2021/2022 mövsümlərində yeni transferlərini avrokuboklar üçün heyətə daxil edə bilməyəcək. 

Bunlarla yanaşı "Fənərbaxça" 2020/2021 və 2021/2022 mövsümlərində UEFA-ya 23-dən çox futbolçu sifariş edə bilməyəcək.