Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Tovuz şəhərinin giriş hissəsində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.