24 Avqust 2019
23 Avqust 2019
Günəşin yanında iri UNO göründü - VİDEO
Günəşin yanında iri UNO göründü -VİDEO DÜNYA 23:56 2019-07-19

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.

Unikal.org xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.

Naməlum obyekt günəşin yaxınlığında bir müddət dayandıqdan sonra qəflətən yoxa çıxıb.

Tanınmış ufoloq Skott Uorinq bildirir ki, dəfələrlə bu tip UNO-ları müşahidə edib. Onun hesablamalarına görə, bir dəfə planetimizdən beş dəfə böyük UNO görüb.

Uorinq əminliklə iddia edir ki, bu yerdənkənar sivilizasiyanın mövcudluğunu sübut edən növbəti faktlardan biridir. Ufoloqun fikrinə əsasən, NASA və aparıcı ölkələrin hökumətləri yadplanetlilər haqqında həqiqəti geniş ictimaiyyətdən gizlədirlər.

Skott qeyd edib ki, yadplanetlilərin mövcudluğunu sübut edən kifayət qədər videoçarx var. Buna görə də hökumətlərin bu barədə susması bir daha sübut edir ki, belə informasiyalar insanlardan gizlədilir.