24 Avqust 2019
Bakıda istirahət mərkəzində kütləvi dava: xəsarət alan var...
Bakıda istirahət mərkəzində kütləvi dava:xəsarət alan var... HADİSƏ 09:02 2019-07-20

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə  apa-ya Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.