Tovuz rayon Əsrik Cırdaxan kəndində dərəyə yıxılan kişinin qol və ayağı sınıb.

Unikal.org xəbər verir ki, 27 yaşlı İmamov Sabuhi Mübariz oğlu ehtiyatsızlıqdan dərinliyi 40 metrdən çox olan dərəyə yıxılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri cəlb olunub və zərərçəkmiş oradan çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.