24 Avqust 2019
23 Avqust 2019
Metroda sevgilisini bıçaqlayan şəxsin şikayətinə baxılmadı
Metroda sevgilisini bıçaqlayan şəxsin şikayətinə baxılmadı KRİMİNAL 11:24 2019-07-20

Bakı Apelyasiya Məhkəməsində sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayevin barəsindəki hökmdən apelyasiya şikayətinə baxılıb.

Unikal.org "Report"a istinadən  xəbər verir ki, şikayətə hakim Əflatun Qasımovun sdərliyi ilə baxılıb.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayyətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.

V.Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb.

Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.