20 Avqust 2019
19 Avqust 2019
UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir
UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir CƏMİYYƏT 11:51 2019-07-20

Webometrics reytinq agentliyinin iyul ayında açıqladığı “Şəffaflıq Reytinqi -Google akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations in Top Google Scholar Profile) reytinqində UNEC Azərbaycanda lider olub.

Unikal.org xəbər verir ki, reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1977 istinad edilib.

Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə, “Dakota State University” , “Colorado State University Pueblo”,  “Framingham State University” , “Lindenwood University”,  “Nicholls State University” kimi Amerika  və “University of London” , “University of Vechta”, “University of Suffolk”,  “Turku University of Applied Sciences” və digər Avropa  universitetlərini qabaqlayıb.