Tovuzda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Unikal.org xəbər verir ki, hadisə şəhər ərazisində Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 1 nəfərin öldüyü bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.