Azərbaycan Prezident İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçikalıların Kralı Əlahəzrət Filippi təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı belçikalıları öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram”.