Yasamal rayonunda yanğın hadisəsi baş verib. 
 

Unikal.org xəbər verir ki, hadisə Yeni Yasamal, Əsəd Əhmədov küçəsində “Sipark”MTK-nın milli Elmlər Akademiyasının Fizika İnstitutunun işçiləri üçün inşa etdiyi binanın şaxtasında qeydə alınıb. 
Hadisə şahidlərinin verdiyi məlumata yanğına səbəb elektrik naqillərinin nasaz vəziyyətdə olması olub. Yanğın baş verən blokun sakinəri təxliyyə edilib. Bildirilir ki, binada bir neçə gün elektrik enerjisi olmayacaq.
Sakinlərin sözlərinə görə, bir neçə mənzilə ziyan dəyib. 

Məlumat üçün bildirək ki, adlçəkilən binanın 59 sakini bir neçə gün əvvəl Unikal.org vasitəsi ilə “Sipark” MTK tərəfindən aldadılmaqlarına, binanın şirkət tərəfindən vaxtında təvil verilməməsinə və MTK rəhbərliyinin məsələyə məsuliyyətsiz yanaşmasına dair prezident İlham Əliyevə müraciət ünvanlamışdılar.  
Müraciətdə qeyd olunurdu ki, “Sipark” MTK tərəfindən bağlanmış müqavilədə binanın 2013-cü ildə təhvil verilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən bu müddət 2015-ci ilədək uzadıldı. Lakin 2015-ci ildə də bina təhvil verilməyib. 4 il sonra çoxsaylı şikayətlərin nəticəsi olaraq “Sipark” MTK rəhbərliyi qaz, su, işıq sayğacları üçün hər evdən 1200 AZN pul yığdı. Qeyd edilən məbləğ binanın 80 faiz sakini tərəfindən ödənildi. Lakin bu günə qədər bina hələ də istismara təhvil verilməyib. 

Həsən Babayev