Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər.

Unikal.org  "Real" TV - yə istinadən xəbər verir ki, reyd zamanı rayon sakinlərinin şikayəti əsasında müxtəlif məkanlarda toplaşan bir qrup qaraçı aşkar olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 22 nəfər saxlanılıb.

Onlardan 7-i qadın, 13 nəfəri isə azyaşlıdır.

Qaraçılar barələrində tədbir görülməsi üçün polis bölməsinə aparılıblar.