Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org- a verilən məlumata görə, iyulun 19-da saat 22 radələrində Tovuz şəhərinin ərazisində şəhər sakini A.Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qədirli kənd sakini Məhəmməd Həsənovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.