İsveç avtomobil istehsalçısı "Volvo" bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.  

Unikal.org xarici mətbuata istinadən xəbır verir ki,  buna səbəb avtomobillərin mühərrik bölməsində alışma təhlükəsi olub.
Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.
Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.