24 Avqust 2019
Klub prezidentinin mühavizəçisi futbolçunu vəhşicəsinə döydü - FOTO
Klub prezidentinin mühavizəçisi futbolçunu vəhşicəsinə döydü- FOTO İDMAN 11:50 2019-07-21

"Fethiyyespor" klubunun prezidentinin mühafizəçisi futbolçunu döyüb.

Unikal.org xəbər verir ki, 2-ci liqada çıxış edən "Fethiyespor"un formasını geyinən Halil İbrahim Pekşen klub prezidenti İsmail Öztürkün mühafizəçisi tərəfindən vəhşicəsinə döyülüb.

Futbolçu bu barədə "Fanatik"ə danışıb: "Klubun mənə borcu var idi. Mövsüm başa çatandan sonra qarşılıqlı anlaşma şəkilində yollarımızı ayırmaq istədik. Bu səbəbdən 225 min lirə borcumun cəmi 75 mininin ödənilməsinə razılaşdım. Bu məbləği alandan sonra müqaviləni pozmalı idik. Bununla bağlı prezident İsmail Öztürk və vitse-prezident Esat Bakırcı ilə anlaşmamız olmuşdu. Məni kluba çağırdılar. Amma hər şeyi əvvəlcədən planlayıblar. Prezident və vitse-prezident "Pulunu indi gətirib verəcəklər" deyərək ordan ayrıldılar. Lakin prezidentin mühafizəçisi gəldi və təhdid edərək pulu almadan müqaviləni pozmağımı istədi. Bunu qəbul etmədiyim üçün otaqda hücum edib məni döydü, zorla sənədlərə imza atdırdı".

Artıq futbolçu tibbi ekspertizadan keçərək döyülməsi ilə bağlı arayış alıb.


  • Klub prezidentinin mühavizəçisi futbolçunu vəhşicəsinə döydü- FOTO
  • Klub prezidentinin mühavizəçisi futbolçunu vəhşicəsinə döydü- FOTO
  • Klub prezidentinin mühavizəçisi futbolçunu vəhşicəsinə döydü- FOTO