Bir müddət öncə böyük qardaşının qızı Burcu Karadayı ilə yaxtada öpüşərkən görüntülənən türk aparıcı və aktyor Murat Başoğlu daha bir qalmaqalla gündəmə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günlərdə isə Murat Başoğlunun "Konyaspor"da çıxış edən futbolçu Ali Turanın keçmiş həyat yoldaşı Pana Altuntaşla birlikdə olduğu müəyyənləşib. Onlar futbolçu və həyat yoldaşı boşanmadan görüşməyə başlayıblar və birlikdə olublar. Sonradan ayrılan cütlüyün fotoları bu günlərdə yayılıb.

Qeyd edək ki,  aparacı yanındakı qadının qardaşı qızı olduğunu təkzib etsə də, öpüşdüyü qadının doğma qardaşı qızı olduğu müəyyənləşmişdi. Bundan sonra həyat yoldaşı Hande Bermek ondan boşanmışdı.