Mingəçevirdə minik avtomobili aşıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə Samux küçəsində baş verib.

“VAZ 2106” markalı avtomobillə toqquşan “VAZ 21 07” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü sürücü Elvin Kərimli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.