"Atletiko"nun ən bahalı transferi Joau Feliks debüt oyununda zədələnib. 

Unikal.org-un məlumatına görə, o, "Numensiya" (İspaniya) ilə yoxlama matçının (3:0) 27-ci dəqiqəsində zədələnib. Məcburiyyət qarşısında onu əvəzləməli olublar.

Qeyd edək ki, J.Feliks bu yay 126 milyon avroya "Benfika"dan "Atletiko"ya transfer olunub.