Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında yanğın olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Muradxan kəndində Qəribov Laçın Qaybalı oğluna məxsus bağda qeydə alınıb.

Əraziyə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.