Mingəçevir şəhərinin bir çox küçələrində siçanlar peyda olub.

Unikal.org Xezerxeber-ə istinadən xəbər verir ki, istər mənzillərin daxilində, istərsə də binaların bloklarında siçanlara rast gəlinir.Şəhərin əsasən Vəli Hüseynov, Müslüm Maqomayev, Mirzə Fətəli Axundov küçələri boyunca həmin canlılara rast gəlinir.Sakinlər bildirir ki, binaların yaxınlığında olan zibiliklərdən aşağı mərtəbələrə, eyvanlara girirlər. Həyətlərdə isə onların qazıb dağıtdığı yerlər diqqət çəkir.Həyətdə binaların girişində uşaqların qarşısına çıxan siçanlar onları qorxudur. Maraqlı məqam odur ki, həmin canlılarla pişiklərin də mübarizəsi nəticə vermir .

Mövcud vəziyyətlə bağlı Mingəçevir Dezinfeksiya Stansiyasına müraciət etdik. Stansiyadan  bildirilib ki, müqavilə əsasında şəhər ərazisində dərmanlama işi mütamadi olaraq aparılır. Göstərilən ünvanlarda da işlər davam etdiriləcək.