Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 XP 233 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı şəhəri Nəsimi rayonu sakinləri - 1974-cü il təvəllüdlü Mahmudova Lalə Əli qızı və 2004-cü il təvəllüdlü Bədirxanova Sara Müflis qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.