14 Oktyabr 2019
“Rabitəbank”ın mənfəəti kəskin artıb
“Rabitəbank”ın mənfəəti kəskin artıb İQTİSADİYYAT 10:39 2019-07-22

“Rabitəbank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 611,404 milyon manat təşkil edib.

Unikal.org xəbər verir ki, Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 14,2% azdır.

“Rabitəbank”ın aktivlərinin 309,502 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35,7% böyüyüb.

Hesabat dövründə “Rabitəbank”ın 17,4% azalaraq 516,877 milyon manata, o cümlədən depozit portfeli 24,6% azalaraq 402,888 milyon manata düşüb, cəmi kapitalı isə 8,9% artaraq 94,527 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Rabitəbank”ın gəlirləri 22,938 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,5% çox), xərcləri 18,01 milyon manat (0,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 94 min manat (97,4% az) təşkil edib. Son nəticədə Bank I yarımili 4,835 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 15,55 dəfə çoxdur.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 1,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.