25 Avqust 2019
24 Avqust 2019
2 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
2 nəfərin ölümünə səbəb olan sürücühəbs edildi HADİSƏ 13:31 2019-07-22

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasif Cabbarovn cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən posesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib. V.Cabbarov məhkəmə zalənda həbs olunub. 

Qeyd edək ki, hadisə ötən il iyunun 17-də gecə saat 4:00 radələrində avtomobil yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü V.Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, V.Cabbarov, Ə.Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha sonra V.Cabbarov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.