Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Unikal.org xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin cütləri və yarışa bu raunddan başlayacaq komandalar qatılıblar.

Çempionlar yolunda 10 cüt və 2 klub, Liqa yolunda 2 cüt və 6 klubun rəqibi bəlli olub. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi də müəyyənləşib.

Ağdam klubunun İrlandiya təmsilçisi “Dandolk”la yer aldığı cütün qalibi növbəti raundda "Sutyeska" (Monteneqro) / APOEL (Kipr) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin oyunları 6-7 və 13 avqustda keçiriləcək.

Azərbaycan çempionu “Dandolk” səddini adlasa, ilk qarşılaşmasına səfərdə çıxacaq. 

Qeyd edək ki, II təsnifat mərhələsinin “Dandolk” – “Qarabağ” görüşü iyulun 24-də, cavab oyunu isə ayın 31-də baş tutacaq.