25 Avqust 2019
24 Avqust 2019
Polis yeznəsini bıçaqlayıb qaçan, 18 yaşlı gənci AXTARIR
Polis yeznəsini bıçaqlayıb qaçan, 18 yaşlı gənciAXTARIR KRİMİNAL 14:35 2019-07-22

Xırdalanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, 2001-ci ildə Quba rayonunda anadan olmuş, Məlikməmmədov Yavər Rövşən oğlu, yeznəsi 1991-ci ildə Qusar rayonunda anadan olmuş, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, Muradxanov Ramin Rafailoviç oğlunu iyulun 21-də saat 13 radələrində aralarında yaranmış ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı bıçaqla bir dəfə vuraraq sonuncuya “qarının ön divarının plevra boşluğuna keçən kəsilmiş deşilmiş yarası” xəsarəti yetirib.

Ramin Rafailoviç Bakıda Respublika Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı 21.07.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, hadisə yerinin fotoşəkilləri çəkilib, iş üzrə maddi subut olan 1 ədəd bıçaq götürülüb, məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda cinayəti törətmiş Məlikməmmədov Yavər Rövşən oğlunun yeri müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edirilir.