25 Avqust 2019
24 Avqust 2019
Xalid Şəmşiyev çinli qadını soydu - FOTO
Xalid Şəmşiyev çinli qadını soydu- FOTO KRİMİNAL 15:56 2019-07-22

Yasamal rayonu ərazisində sərnişin avtobuslarından birində Çin Xalq Respublikasının vətəndaşı olan qadının çantasından oğurluq edilib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, zərərçəkən avtobusda olan zaman naməlum şəxs onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurlayıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun cari ilin fevralında Yasamal rayonunda bir avtomobilin açıq qalan pəncərəsindən salona daxil olaraq 800 manatdan artıq pul oğurladığı da məlum olub.


  • Xalid Şəmşiyev çinli qadını soydu- FOTO